Britaniyada hava nəqliyyatında texniki nasazlıq yaranıb, yüzlərlə reys ləğv edilib
London, 31 iyul, AZƏRTAC
Böyük Britaniyada hava nəqliyyatı idarəetmə sistemində başverən texniki nasazlıq minlərlə sərnişinin yubanmasına və yüzlərlə reysin ləğvinə səbəb olub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, texniki problem cəmi 20 dəqiqə davam etsə də, bu müddət ərzində Londondakı Hitrou, Stansted, Mançester və Edinburq da daxil olmaqla bir sıra iri hava limanlarında 150-dən artıq reys ləğv olunub.
Milli Hava Hərəkəti Xidməti (NATS) nasazlığın radar sistemində baş verdiyini bildirib. Ehtiyat sistemə keçid problemin tez bir zamanda aradan qalxmasına səbəb olub. NATS uçuş təhlükəsizliyini təmin etmək məqsədilə hava nəqliyyatının intensivliyinin müvəqqəti olaraq azaldıldığını və insidentin kibertəhlükə ilə bağlı olduğuna dair heç bir sübutun olmadığını qeyd edib. Böyük Britaniya hökuməti məsələ ilə bağlı NATS-la sıx əməkdaşlıq etdiyini açıqlayıb və nasazlığın səbəblərinin araşdırıldığını bildirib.
Qeyd edək ki, bu, son iki il ərzində NATS-ın üzləşdiyi ikinci böyük texniki nasazlıqdır. Şirkət başverənlərə görə üzr istəyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]