Britaniyada kiberhücum nəticəsində 6,5 milyon insanın məlumatları oğurlanıb
London, 16 iyul, AZƏRTAC
Böyük Britaniyanın məşhur Kooperativ mağazalar şəbəkəsinin (Co-op) rəhbəri Şirin Kouri Haq aprel ayında baş verən kibertəhlükə nəticəsində təşkilatın bütün 6,5 milyon üzvünün şəxsi məlumatlarının oğurlandığını deyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, oğurlanan məlumatlar arasında maliyyə və ya əməliyyat məlumatlarının olmadığını, adlar, ünvanlar və əlaqə vasitələri kimi şəxsi məlumatların hədəf alındığını qeyd edib.
Kouri Haq bildirib ki, hakerlər sistemlərdən uzaqlaşdırıldıqdan sonra onların fəaliyyət izlərini tam şəkildə izləmək mümkün olub və bu məlumatlar aidiyyəti orqanlara ötürülüb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]