Britaniyada təcili xidmətlərdə dronların istifadəsi sınaqdan keçiriləcək
London, 16 avqust, AZƏRTAC
Böyük Britaniya təcili xidmətlər və çatdırılma sahələrində dronların istifadəsini sınaqdan keçirəcək.
AZƏRTAC xəbər verir ki, Britaniyanın Mülki Aviasiya İdarəsi (CAA) dronların çatdırılma, təcili xidmətlər və infrastrukturun yoxlanılması sahələrində istifadəsini sınaqdan keçirmək üçün altı layihəni seçib. Aviasiya tənzimləyicisi fevral ayında Britaniyada dronların daha çox istifadə sahələrinə icazə vermək istədiyini bildirmişdi.
Hazırda pilotsuz təyyarələrin ölkədəki sərt məhdudiyyətlər səbəbindən görmə xəttindən kənara uçmasına icazə verilmir. Seçilmiş altı layihə şirkətlərə dronları görmə xəttindən kənarda uçurmağa və naviqasiya üçün qabaqcıl texnologiyadan istifadə etməyə imkan verəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]