Britaniyalı dalğıclar Hörmüz boğazını minalardan təmizləməyə hazırlaşırlar
Bakı, 23 aprel, AZƏRTAC
Böyük britaniyalı hərbi dalğıclar müvafiq qərar qəbul ediləcəyi təqdirdə Hörmüz boğazında minaları təmizləməyə hazırlıq görürlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Britaniya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyatlarda minatəmizləmə və minaların zərərsizləşdirilməsi üzrə təlim keçmiş Kral Dəniz Qüvvələri mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
“Politico” qeyd edir ki, London bununla Körfəzdən keçən əsas keçidin qorunmasına əhəmiyyətli töhfə vermək istəyini nümayiş etdirməyə çalışır. Ötən ay Böyük Britaniya Körfəzə hərbi gəmi və ya minatəmizləmə sistemləri ilə təchiz olunmuş avtonom kommersiya gəmisi göndərməyi nəzərdən keçirdiyini açıqlamışdı.
Bir qədər əvvəl “The Washington Post” qəzeti Pentaqon nümayəndəsinə istinadla yaydığı məlumatda bildirilirdi ki, Hörmüz boğazında minatəmizləmə əməliyyatı altı ayadək çəkə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]