BRİTANİYALILAR İNGİLİS DİLİNİN GENİŞ YAYILMASINDAN NARAHATDIRLAR
Sənəddə deyilir ki, ingilis dilini bilənlərin sayının 2 milyard nəfərə çatması ilə Birləşmiş Krallığın sakinlərinin linqvistik üstünlükləri heçə enir. Bundan əlavə, beynəlxalq ünsiyyət dilini öyrənənlər britaniyalılarla müqayisədə daha əlverişli vəziyyətdədirlər. Onlar eyni zamanda iki dildə - həm öz dillərində, həm də ingilis dilində danışmaq imkanına malikdirlər.
İngilis dilini baza təhsilinin elementi kimi öyrənən əcnəbilərdən fərqli olaraq, britaniyalılar hesab edirlər ki, onlar dünyanın istənilən guşəsində ana dilində ünsiyyət yarada bilərlər.
Bununla əlaqədar, Britaniya Şurası ölkənin təhsil orqanlarına xarici dilləri, o cümlədən tədqiqatçıların gələcəyin dilləri adlandırdıqları Çin, ərəb və ispan dillərini dərindən öyrənməyə səy göstərən uşaqlara və valideynlərə diqqəti artırmağı tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]