Britaniyanın Baş naziri İranın İsrailə hücumunu qınayıb
London, 14 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranın İsrailə hücumunu qınayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə özünün "X" social şəbəkə səhifəsində yazıb. O qeyd edib ki, İran bir daha xaos toxumları səpmək niyyətində olduğunu nümayiş etdirib. Rişi Sunak müttəfiq dövlətlərlə birgə təcili olaraq vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün çalışdığını deyib.
“Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşlarımızın, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək. Müttəfiqlərimizlə yanaşı, biz təcili olaraq vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün çalışırıq. Heç kim daha çox qan tökülməsini istəmir”,- deyə Baş nazir açıqlamasında qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]