Brüssel Kiyevə ABŞ silahlarının tədarükünü öz büdcəsindən maliyyələşdirə bilməyəcək
Bakı, 16 iyul, AZƏRTAC
Avropa İttifaqının (Aİ) mövcud hüquqi çərçivəsi ABŞ silahlarının Ukraynaya tədarükünün Aİ büdcəsindən birbaşa maliyyələşdirilməsinə imkan vermir. İttifaqa üzv ölkələr bunun üçün öz milli büdcələrindən, o cümlədən Brüsselin ayırdığı vəsaitlərdən istifadə etməli olacaqlar.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus bunu Bloomberg agentliyinə müsahibəsində deyib.
“Avropa İttifaqının baza müqavilələri Ukraynaya silah almaq üçün Aİ büdcəsindən birbaşa vəsait ayrılmasına imkan vermir. Lakin ittifaqa üzv ölkələr bunun üçün 150 milyard avroluq “Avropa borc fondu”nun vəsaitlərindən istifadə edə bilər. Bu, dolayı yolla Ukraynaya silah tədarükünün maliyyələşdirilməsinə imkan yaradacaq”, – deyə Andryus Kubilyus bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edəcək büdcəsindən hərbi ehtiyaclara ayrılacaq vəsait üzv ölkələrin müdafiə xərclərindən 40 dəfə az olacaq. Bu səbəbdən hərbi xərclərin artırılması əsasən yeni borclanma vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, 2022–2023-cü illərdə Ukraynaya silah tədarükü Avropa İttifaqının büdcəsinə aid olmayan “Avropa Sülh Fondu” vasitəsilə maliyyələşib. Lakin Kiyevə həmin mexanizm vasitəsilə silah tədarükü Macarıstanın mövqeyi səbəbindən dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]