Brüssel metrosunda bıçaqlı şəxs sərnişinlərə hücum edib
Bakı, 31 yanvar, AZƏRTAC
Bazar ertəsi axşam saatlarında Belçikanın paytaxtı Brüsselin “Şuman” metro stansiyasında bıçaqla silahlanmış şəxs sərnişinlərə hücum edib, 3 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, həmin şəxs metro vaqonunda insanlara zərbə endirməyə başlayıb, daha sonra platformada insanları təqib etməyə çalışıb. O, dərhal polis tərəfindən saxlanılıb.
Hadisə nəticəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb, insanlar stansiyadan təxliyə edilib.
Bu mərhələdə prokurorluq hücum versiyasını istisna edir. Polis həmin şəxsin psixi pozğunluğa meyilli olduğuna inanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]