Brüsseldə Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir
Berlin, 1 dekabr, AZƏRTAC
Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Şurası formatında keçirilən iclasda Ukraynanın daha fəal dəstəklənməsi və “2030 Müdafiə Hazırlığı Yol Xəritəsi” çərçivəsində Aİ-nin müdafiə hazırlığının möhkəmləndirilməsi məsələləri müzakirəyə çıxarılıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas iclasdan əvvəl media nümayəndələrinə açıqlamasında bildirib ki, Ukraynanın bu qədər ağır və çətin bir dövrdə özünü müdafiə edə bilməsi üçün onu maksimum dərəcədə gücləndirməliyik. ABŞ-da aparılan danışıqların çətin, lakin məhsuldar olduğunu vurğulayan K.Kallas danışıqların nəticələrini bu gün Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə müzakirə edəcəyini bildirib.
Rusiya ordusuna qoyulacaq məhdudiyyətlərlə bağlı ötən həftə verdiyi açıqlamasına toxunan Aİ nümayəndəsi qeyd edib: “Ümumilikdə hansısa suveren ölkənin ordusunun ölçüsü barədə qərarlarına müdaxilə edilməli olduğunu düşünmürük. Demək istədiyim o idi ki, əgər heç bir ərazini işğal etməmiş Ukrayna ordusuna təzyiq göstəriləcəksə, həmin təzyiq Rusiya ordusuna da göstərilməlidir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]