BRÜSSELDƏ TASİS-İN AZƏRBAYCANA DAİR LAYİHƏLƏRİ MÜZAKİRƏ EDİLİR
Avropa Birliyinin Azərbaycana texniki yardımını əlaqələndirmə bürosundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Qiymətləndirmə komitəsinin işində layihənin üzvü olan təşkilatların nümayəndələri iştirak edirlər.
1,3 milyon avro dəyərində olan və Azərbaycan Vergilər Nazirliyi üçün müəyyən edilmiş layihədə respublikanın vergi xidməti işçiləri üçün məşğələlərin keçirilməsi, vergilərin avtomatlaşdırılmış uçot sisteminin modernləşdirilməsinə yardım göstərilməsi və vergi ödəyicilərinin məlumatının artırılmasına dair tədbirlər görülməsi nəzərdə tutulur.
Eyni zamanda, respublika İqtisadi İnkişaf Nazirliyinin dəstəklənməsi layihəsi üzrə görülən işlər 1,6 milyon avro məbləğində qiymətləndirilir. Layihəyə nazirliyin yenidən təşkilinə texniki yardım göstərilməsinə dair kompleks tədbirlər də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]