BSU-da Xocalı şəhidlərinin xatirəsi yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xocalıda insanların məhz etnik mənsubiyyətə görə soyqırımına məruz qaldıqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini söyləyən rektor faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycanın problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət yetirdiyini qeyd edən rektor Xocalı faciəsinin dünya miqyasında tanıdılmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu söyləyib.
A.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciənin dünyaya çatdırılması ilə bağlı BSU-da təhsil alan gənclər tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Digər çıxış edənlər Xocalı faciəsinin ağır nəticələrinin xalqımızın taleyində qoyduğu dərin izlərdən danışıb, əliyalın, dinc əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı dəhşətli hadisə olduğunu vurğulayıblar. Xocalıda insanların milli mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilib, tökülən günahsız qanların yerdə qalmayacağına əminlik ifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]