BTC LAYİHƏSİ QAFQAZDA COĞRAFİ-SİYASİ VƏZİYYƏTİ ƏSASLI SURƏTDƏ DƏYİŞDİRƏCƏK
Ekspert Georgi Xuxaşvili demişdir: “Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, biz qlobal təhlükəsizlik sisteminə qoşuluruq. Enerji daşıyıçılarının hasilatı və nəqli müasir dünyamızın üstün sahələrindəndir və Gürcüstan bu layihə vasitəsilə təhlükəsizliyi üçün təminat alır. BTC layihəsi, ölkəmiz üçün, həqiqətən, tarixi əhəmiyyət kəsb edir”. Onun fikrincə, hazırda dünyada baş verən böhran və kataklizmlər məhz enerji ehtiyatlarına nəzarət etmək məqsədi ilə müxtəlif tərəflər arasında gedən müharibələrdən doğur.
Ekspert vurğulamışdır ki, Qərb və transmilli şirkətlər Qafqaz bölgəsində sabitlikdə maraqlıdırlar. Münaqişə zonalarında vəziyyət tənzimlənmədiyi təqdirdə isə bölgədə sabitlik ola bilməz. Bu zonalarda vəziyyətin gərginləşməsi neft kəmərinin işinə ciddi əngəl törədər. Sözün qısası, BTC layihəsi münaqişə zonalarında problemlərin həlli üçün birbaşa stimuldur.
G.Xuxaşvili demişdir: “Qarabağ problemini nəzərə alsaq, ilk mərhələdə Gürcüstan-Azərbaycan təhlükəsizlik kontingentinin yaradılacağı istisna olunmur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]