BTC-NİN GÜRCÜSTAN SAHƏSİNİN TİKİNTİSİ İŞSİZLİK PROBLEMİNİN HƏLLİNDƏ MÜHÜM ROL OYNAYIR
Onun sözlərinə görə, neft kəmərinin Gürcüstan sahəsinin tikintisinə 1838 nəfər fəhlə və mütəxəssis cəlb olunmuşdur, bunun 239 nəfəri əcnəbi, 1599 nəfəri isə Gürcüstan vətəndaşıdır. 481 nəfər kəmərin keçdiyi rayonların sakinləridir. Neft kəmərinin tikintisinə cəlb olunanların dörddə biri qeyri-gürcüdür. Tikintidə gürcülər, azərbaycanlılar, yunanlar və digər millətlərin nümayəndələri çalışırlar. Givi Badalaşvili bildirmişdir ki, tikintidə işləmək üçün kadrlar milli mənsubiyyətinə görə deyil, müsabiqə və test əsasında seçilirlər.