Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Azərbaycanda mərkəzi bankçılığın 105 illiyi qeyd olunur

Bu gün Azərbaycanda mərkəzi bankçılığın 105 illiyi qeyd olunur

Bakı, 30 sentyabr, AZƏRTAC

1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin şanlı səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına Prezident İlham Əliyev tərəfindən yüksək siyasi qiymət verilib və 2018-ci il “Cümhuriyyət İli” elan edilib. Zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, bugünkü müstəqillik üçün etibarlı zəmin hazırlamış Cümhuriyyətin yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd olunub. Mərkəzi bankçılığın 105 illik yubileyi də məhz həmin silsilə tədbirlərin davamıdır.

AZƏRTAC Azərbaycanda mərkəzi bankçılığın inkişaf yoluna və bu gününə nəzər salır.

Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail olub. Prezident İlham Əliyevin də qürur hissi ilə qeyd etdiyi kimi “Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordumuz yaradılıb”. Müasir respublika idarəetmə modelinə uyğun Parlament və 15-dək nazirlikdən ibarət olan Nazirlər Kabineti formalaşdırılıb. Birinci Dünya müharibəsindən miras qalmış ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi reallaşdırılıb. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edilib və onların xeyli hissəsi təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də milli pul nişanları və müstəqil mərkəzi bank idi. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifi bəyənildi. 1919-cu il sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq etdi, sentyabrın 30-da isə bankın təntənəli açılış mərasimi oldu və Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Azərbaycanda mərkəzi bankçılığın yaradılması məhz belə bir mürəkkəb tarixi şəraitə təsadüf edirdi.

Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın başlıca elementlərini yaratmağa nail oldu. İlk növbədə, müstəqil dövlətçiliyin əsas atributlarından biri olan milli pul nişanları dövriyyəyə buraxıldı. İlk kağız pullar 10, 25, 50, 100, 250 və 500 manatlıqlar idi. Milli valyutanın dönərliliyini təmin etmək məqsədilə Dövlət Bankı digər valyutaların mübadilə məzənnəsini də müəyyənləşdirirdi.

Bank mərkəzi bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. “Banklar bankı” olan Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi.

Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı, ölkədəki bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı və bank sektoru dövlətin müstəsna inhisarına keçdi. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından sonra Zaqafqaziya vahid pul sisteminə keçildi. Lakin Sovet İttifaqının ilk illərində qeyri-adekvat iqtisadi siyasət nəticəsində dərin böhran baş verdi, yüksək inflyasiya pul nişanlarını kəskin dəyərsizləşdirdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi də təsis edildi. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına görə Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Bundan sonra SSRİ Dövlət Bankının Azərbaycan Kontoru yaradıldı və 1991-ci ilin sonuna kimi fəaliyyət göstərdi. Lakin Kontor müasir və müstəqil mərkəzi bankçılıq modelindən tamamilə uzaq idi, yalnız mərkəzdən gələn tapşırıqların yerinə yetirilməsi ilə məşğul olurdu.

XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan az sonra - 1992-ci ilin fevralında Azərbaycan Milli Bankı adı altında Mərkəzi Bank təsis edildi. Bankın fəaliyyətə başlaması respublikamızda mürəkkəb proseslər, torpaqlarımızın işğalı, hakimiyyət çəkişmələri, ölkənin parçalanma təhlükəsi və dərin sosial-iqtisadi böhran dövrünə təsadüf edirdi. Köhnə iqtisadi sistemin qalıqlarının mövcudluğu, xüsusilə də milli pul sisteminin olmadığı şəraitdə Mərkəzi Bankın suveren pul siyasəti də mövcud deyildi. Dövlət büdcəsinin kəsiri ÜDM-in 13-14 faizinə çatırdı. Bankın əsas rolu fiskal məqsədlərlə pul çapını həyata keçirməkdən ibarət idi.

Digər sektorlarda olduğu kimi bank sektorunda da dərin böhran müşahidə olunurdu. 1988-1995-ci illərdə möhtəkirlik əməliyyatları həyata keçirmək üçün yüzlərlə yeni bank açılmışdı. Pul kütləsi iqtisadiyyatın əməliyyat tələbinə uyğun olmayan sürətlə artırdı. İqtisadiyyatda aşkar surətdə maliyyə piramidaları qurulmuşdu, aşağı təbəqə sürətlə yoxsullaşırdı.

Nəticədə hiperinflyasiya və əhali gəlirlərinin sürətlə dəyərsizləşməsi baş verirdi, iqtisadiyyatın həcmi hər il ikirəqəmli templə daralırdı. 1992-ci ildə müstəqilliyin əsas atributlarından olan milli valyuta - manat dövriyyəyə buraxılsa da, ölkədə yeganə ödəniş vasitəsi deyildi. Valyuta ehtiyatlarının olmaması məzənnəni tənzimləməyə imkan vermirdi, nəticədə onun xarici və daxili dəyəri sürətlə azalırdı. İnflyasiya və devalvasiya səviyyəsi dördrəqəmli göstəricilərlə ölçülürdü.

İctimai həyatın bütün sahələrində olduğu kimi sosial-iqtisadi sahədə də sabitlik Azərbaycan xalqının təkidi və tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtmasından sonra baş verdi. Ulu Öndər, ilk növbədə, ictimai-siyasi sabitlik yaratdı, dövlətçiliyin əsaslarını zəiflədən qüvvələri məharətlə zərərsizləşdirməyə nail oldu. Daha sonra iqtisadiyyatın düşdüyü ağır böhrandan çıxarılması üçün əsaslı islahatlara başlandı.

Bu istiqamətdə 1994-cü il iyunun 15-də imzalanan “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” proqram xarakterli Fərman tarixi əhəmiyyət kəsb etdi. Bu Fərman Mərkəzi Bankın fəaliyyətində də dönüş yaratdı. Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində radikal tədbirlərə başlanıldı. Əsassız pul-kredit ekspansiyasının qarşısı alındı, büdcə kəsirinin emissiya ilə örtülməsinə qanunvericiliklə son qoyuldu. Manat ölkədə yeganə ödəniş vasitəsi elan olundu. Bununla Mərkəzi Bank müstəqil pul-kredit siyasəti yeritmək imkanı əldə etdi. Fərmandan irəli gələn tədbirlərin icrası çərçivəsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə ilk dövrdə cəmi 12 milyon dollar olan valyuta ehtiyatları 1995-ci ilin sonuna 250 milyon dollara çatdı. Bu ehtiyatlarla 1995-ci ilin əvvəllərindən valyuta bazarında stabillik təmin edildi.

Görülən tədbirlər nəticəsində inflyasiya səviyyəsi 1993-1994-cü illərdəki dördrəqəmli səviyyədən 1996-cı ildə 19,9 faizə, 1997-ci ildə isə 3,7 faizə endi. Sonrakı illər də dayanıqlı qiymət sabitliyinə nail olunduğunu təsdiqlədi. Aparılmış kompleks islahatlar nəticəsində iqtisadiyyat 1996-cı ildən etibarən müsbət artım fazasına qədəm qoydu. Bu istiqamətdə Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyası da mühüm rol oynadı. Yaranmış sabitlik nəticəsində Azərbaycan 1997-98-ci il maliyyə böhranından minimal itkilərlə çıxdı.

2003-cü ildən sonrakı dövrü əhatə edən növbəti mərhələdə ölkənin sosial-iqtisadi inkişafı naminə neft gəlirlərindən aktiv istifadə şəraitində Mərkəzi Bank məzənnənin möhkəmlənməsi və inflyasiya arasında optimal balans yaratmağa nail oldu. Bank izafi valyuta təklifini sterilizasiya etməklə iqtisadiyyatın zəruri likvidliyə olan tələbatını ödədi, eyni zamanda, manatın məzənnəsini kəskin möhkəmlənmədən qorudu. Məcmu tələbin genişlənməsi ilə bağlı inflyasiyanı azaltmaq üçün manatın müəyyən çərçivədə möhkəmlənməsinə şərait yaradıldı, valyuta müdaxilələri nəticəsində artan pul kütləsini tənzimləmək üçün pul siyasəti alətlərindən adekvat istifadə edildi.

Yaradılmış maliyyə resursları və çevik idarəetmə sayəsində Azərbaycan 2008-2009-cu illərin qlobal iqtisadi-maliyyə böhranından minimal itkilərlə çıxdı. Qısa müddətdə ölkədə makroiqtisadi sabitlik təmin olundu.

Növbəti böhran epizodu 2014-2015-ci illərdə yaşandı. Dünya bazarında neftin kəskin ucuzlaşması ölkənin xarici valyuta gəlirlərinin və tədiyə balansının pisləşməsinə gətirib çıxardı. Bununla əlaqədar büdcə-vergi və pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirildi. Bu tədbirlər qısa zamanda öz müsbət nəticələrini verdi. 2017-ci ildən başlayaraq ölkədə makroiqtisadi sabitlik yaradıldı, inflyasiya birrəqəmli səviyyədə sabitləşdi, iqtisadi artım bərpa olundu, ölkənin strateji valyuta ehtiyatları yenidən artmağa başladı. Profisitli tədiyə balansı və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini də stabilləşdirdi.

Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşmasında da dönüş nöqtəsi oldu. Onun məşhur “Hər bir xalqın bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər hissəsidir” - devizi altında qəbul etdiyi proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı.

Bank qanunvericiliyi yenilənərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ölkədə ikipilləli bank sistemi yaradıldı. 90-cı illərin ortalarında 3 dövlət bankı restrukturizasiya olundu, onların sağlam aktivləri əsasında vahid dövlət bankı yaradıldı və sonradan özəlləşdirildi. Klassik maliyyə vasitəçiliyi formalaşdı, özəl bankların bank aktivlərində payı əhəmiyyətli artdı. Xarici kapitalın iştirakına bütün limitlər aradan qaldırıldı. Bank olmayan kredit təşkilatları şəbəkəsi formalaşdırıldı. Geniş filial şəbəkəsi ilə ölkənin bütün yaşayış məntəqələrini əhatə edən “Azərpoçt” maliyyə xidmətləri göstərməyə başladı. Ölkədə ilk dəfə bank sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartları tətbiq olundu. Müasir tələblərə və Bazel standartlarına uyğun bank nəzarəti çərçivəsi yaradıldı. Avropa standartlarına uyğun üçüncü nəsil bank qanunvericiliyi qəbul edildi. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması institutlaşdı, əhalinin maliyyə savadlılığının artırılması istiqamətində irimiqyaslı işlər görüldü. Kapitalın hərəkəti rejimi liberallaşdırıldı. Mərkəzi Bankın həyata keçirdiyi siyasət və vaxtilə gördüyü tədbirlər bank sisteminin maliyyə dayanıqlılığının qorunması, sektorun maliyyə dərinliyinin artırılması, ölkədə maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadı.

Makroiqtisadi və maliyyə stabilliyinin təmin edilməsi şəraitində əhalinin bank sisteminə inamı bərpa olunmağa başladı. Bütövlükdə 250-dən çox sağlam olmayan bankın lisenziyası geri çağırıldı. Nəticədə 2001-ci ildə onların sayı 59-a, 2013-cü ildə isə 42-dək azaldıldı və iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu möhkəmləndi.

Son onilliklərdə dünyada mərkəzi bankçılığın institusional arxitekturasında köklü dəyişikliklər baş verib və müasir mərkəzi banklar mühüm makroiqtisadi sabitlik institutuna çevrilib. Makroiqtisadi sabitliyin ən başlıca lövbəri isə qiymət sabitliyidir. Qiymətlərin aşağı və az dəyişkən olması biznesin investisiya qərarlarını daha düzgün planlaşdırmağa, əhalinin yığım və istehlak xərclərini optimallaşdırmağa imkan verir. Qiymət sabitliyi həm də mühüm sosial göstəricidir. Qiymətlərin dəyişməsi Azərbaycanda yaşayan 2,1 milyon ailənin büdcəsinə birbaşa təsir göstərir.

Bank sektoru “təxirə salınmış” istehlakı maliyyələşdirməklə və depozitlər üzrə təkcə 2009-2015-ci illərdə 5 milyard manatdan çox faizlər ödəməklə əhalinin sosial rifahının (mənzil şəraiti, uzun müddətli istehlak mallarının alınması, cari ehtiyacların kreditləşdirilməsi və sair) yaxşılaşmasına dəstək verib. Neft bumu illərində sürətlə artan əhali gəlirlərinin bir qismi yığıma və bankların resurs mənbəyinə çevrildi. 2003-cü ildən bəri adambaşına əmanətlər 21 dəfə, əmanətçilərin sayı 13 dəfə artdı. Maliyyə resurslarının artımı kreditləşmə bumuna səbəb oldu. Bank sektorunun maliyyə dərinliyi 3 dəfədən çox artaraq qeyri-neft ÜDM-in 77 faizinə çatdı. Bu göstərici üzrə Azərbaycan dünya ölkələri arasında 2003-cü ildəki 162-ci yerdən 56-cı yerə yüksəldi. Sektorun aktivləri 33 dəfə artdı, aktivlərin orta illik artım templəri (36 faiz) iqtisadi artımı 3 dəfəyədək üstələdi.

Maliyyə vasitəçiliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bank bir çox yeni maliyyə institutlarının yaradılmasına nail oldu. Bunlardan biri 2007-ci ildə yaradılmış Əmanətlərin Sığortalanması Fondu idi. Bu fond sektora əmanət qoyuluşunu stimullaşdırmaqda və əhalinin bank sektoruna inamını artırmaqda mühüm rol oynamışdı. Eyni zamanda, əhalinin mənzil şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradıldı. Ümumilikdə, 2006-2018-ci illər ərzində fond tərəfindən 1,2 milyard manat məbləğində 25 min ipoteka krediti verilib. Mühüm institutlardan biri də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə Mərkəzi Bankın nəzdində yaradılmış Maliyyə Monitorinqi Xidməti idi.

Mərkəzi Bank ölkədə maliyyə vasitəçiliyinin gücləndirilməsi məqsədilə, eyni zamanda, digər qurumlara fəal dəstək verdi. Regionlarda əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə geniş regional filial və şöbələrinə malik “Azərpoçt” MMC yenidən quruldu və ona ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri göstərməsi üçün müvafiq lisenziya verildi.

Nağdsız hesablaşmaların artırılması məqsədilə milli ödəniş sisteminin modernizasiyası, beynəlxalq təşkilatlardan asılılığın azaldılması, ödəniş sistemlərinin fəaliyyətində sabitliyin və etibarlılığın qorunması da Mərkəzi Bankın daimi diqqət mərkəzindədir. Yaradılmış modern və etibarlı infrastruktur, həmçinin vergi stimulları və effektiv vergi administrasiyası nağdsız ödənişlərin sürətlə genişlənməsinə imkan verir. Bütövlükdə milli ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi 2018-ci ildə 252 milyard manata çatıb ki, bu da milli məhsulun 3,4 misli deməkdir.

Mərkəzi Bank nağd pul dövriyyəsinin təşkilini, iqtisadiyyatın pula tələbatının tam həcmdə, adekvat strukturda və vaxtında ödənilməsini, o cümlədən nağd pul üzrə strateji ehtiyatların yaradılmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə ən böyük islahatlardan biri ölkə başçısının təşəbbüsü ilə 2006-cı ildə həyata keçirilən denominasiya idi. Denominasiya ilə ölkəmiz iqtisadi transformasiya böhranından miras qalmış sıfırları ixtisar etməklə milli valyuta vahidinin dəyərini dünyanın ən qabaqcıl valyutalarına yaxınlaşdırmağa nail oldu. Nəticədə yığım və hesablaşma vasitəsi olaraq manata etimad əhəmiyyətli yüksəlməyə başladı, uzunmüddətli və dayanıqlı dedollarlaşma prosesinin əsası qoyuldu.

Eyni zamanda, ötən il Mərkəzi Bank nağd pul sferasındakı tendensiyaları, irinominallı pul nişanlarının dövriyyədəki payını və bu sahədəki dünya təcrübəsini nəzərə alaraq daha irinominallı 200 manatlıq pul nişanını çap etdirərək dövriyyəyə buraxdı. Bununla pul nişanlarının ödənişlərə adekvatlığı yüksəldi.

Mərkəzi Bank dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarının dizayn və mühafizə sistemlərini mütəmadi təkmilləşdirir. Tədavülə buraxılmasından ötən müddətdə milli pul nişanları “Müstəqil Azərbaycan” konseptual mövzusuna, estetik görünüşünə, təhlükəsizlik səviyyəsinə görə öz funksiyasını layiqincə yerinə yetirib. Lakin dünyada pulların mühafizə sistemlərində tamamilə yeni innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi sahəsindəki çağırışları nəzərə alaraq 200 manatlıq və yenilənmiş 10 manatlıq pul nişanlarının hazırlanmasında ən müasir texnologiyalardan və təhlükəsizlik sistemlərindən istifadə edilib.

Gənc və müstəqil Azərbaycanda mütəmadi olaraq cəmiyyət qarşısında yeni çağırışlar və xatirəsi əbədiləşdirilməli olan yeni dəyərlər formalaşır. Ölkə ictimaiyyəti tərəfindən daha rəğbətlə qarşılanan və daha əhəmiyyətli hesab olunan mövzuların seçilməsi ilə Mərkəzi Bank tərəfindən xatirə və yubiley pul nişanlarının buraxılışı üzrə müvafiq siyasət qəbul edilib və indiyədək müxtəlif nominallı, ölkənin görkəmli şəxslərini, ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, eyni zamanda, müasir dizayna malik yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə insan kapitalının mütəmadi artırılmasıdır. Mərkəzi Bank da öz missiyası çərçivəsində üzərinə düşən vəzifələrlə yanaşı, korporativ sosial layihələrin həyata keçirilməsi ilə də bu siyasətə dəstək verir. Belə sosial layihələrdən biri Biləsuvar rayonundakı Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksidir. Kompleks məktəb-lisey və bağçadan ibarətdir. Mərkəzi Bankın maliyyə dəstəyi ilə məktəb-liseydə qabaqcıl təhsil infrastrukturu yaradılıb, yüksəkixtisaslı müəllimlər işə cəlb olunub, kurikulum müasirləşdirilib.

Mərkəzi Bank bütün dövrlərdə mürəkkəb vəzifələrin həllində püxtələşib və zəngin təcrübəyə malik instituta çevrilib. Dövlət qurumları arasında ilk dəfə olaraq Mərkəzi Bankda strateji planlaşdırma sisteminə keçilib, onlarla layihə uğurla reallaşdırılıb. Bankın mandatından irəli gələn missiyanın effektiv həyata keçirilməsi üçün müasir təşkilati struktur və qərarvermə prosedurları, bütün fəaliyyət istiqamətləri üzrə zəruri biznes prosesləri formalaşıb, korporativ idarəetmə standartları tətbiq olunub. Daxili biznes proseslər və informasiya sistemləri avtomatlaşdırılıb, elektron hökumətə inteqrasiya üçün platforma yaradılıb. Texnoloji inkişafda müasir avadanlıq və proqram təminatları istifadə olunur.

Effektiv kommunikasiya sayəsində Mərkəzi Bankın şəffaflığı daim artır. Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşdiyi bir dövrdə beynəlxalq maliyyə-kredit təşkilatları və mərkəzi bankçılıq işi üzrə beynəlxalq nüfuza malik ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bankın qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə bankın beynəlxalq arenada layiqincə təmsil edilməsinə zəmin yaradır. Beynəlxalq maliyyə-kredit təşkilatları, aparıcı mərkəzi banklarla səmərəli əməkdaşlıq, həyata keçirilmiş texniki yardım layihələri imkan verir ki, müasir mərkəzi bankçılıq formalaşsın və fəaliyyət göstərsin. Mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə öz təcrübəsini bölüşmək üçün Mərkəzi Bank tərəfdaş xarici mərkəzi banklarla əməkdaşlığını genişləndirir.

Rəqəmsallaşma və nağdsız cəmiyyətə transformasiya ölkədə ölkənin maliyyə resurslarının inkişaf məqsədlərinə transformasiyası, maliyyə vasitəçiliyinin genişlənməsi və maliyyə sektorunun gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ