Bu gün futbol üzrə Azərbaycan millisi Portuqaliya seçməsi ilə qarşılaşacaq
Bakı, 24 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:50]
“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər
- 08.05.2026 [18:27]
Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib
- 08.05.2026 [18:02]
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
- 08.05.2026 [17:40]
Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib
- 08.05.2026 [16:45]
Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub
- 08.05.2026 [16:40]