Bu gün laçınlılar, ümumiyyətlə xalqımız üçün əlamətdardır - Səfəralı Əliyev
Bakı, 25 iyun, AZƏRTAC
Bu gün təkcə laçınlılar üçün yox, həm də bütün xalqımız üçün əlamətdar gündür. Çünki məcburi köçkünlər öz yurdlarına - Laçına qayıdırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Laçın sakini Səfəralı Əliyev söyləyib.
Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində reallaşdı.
O, Laçından məcburi köçkün düşəndə 38 yaşı olduğunu bildirib. “İndi yaşlansam da, Laçına geri döndükdən sonra orada müəyyən işlərlə məşğul olmaq istəyirəm”, - deyə Laçın sakini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]