Bu gün Topaz Premyer Liqasının beşinci turuna start veriləcək
Bakı, 22 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Topaz Premyer Liqasının beşinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk açılış matçı “Bayıl Arena”da keçiriləcək. Meydan sahibi “Səbail” klubu çempionatın debütantı “Sabah” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30 başlayacaq.
Günün sonuncu qarşılaşmasında meydana “Zirə” və “Neftçi” klubları çıxacaq. “Dalğa Arena”da oynanılacaq oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Sentyabrın 23-də keçiriləcək iki görüş ilə Topaz Premyer Liqasının beşinci turuna yekun vurulacaq. Həmin görüşlərdə “Qarabağ” “Qəbələ” klubunu, “Keşlə” isə “Sumqayıt” komandasını qəbul edəcək.
Xatırladaq ki, dörd turdan sonra 10 xalı olan “Neftçi” klubu turnir cədvəlinə başçılıq edir. Aktivində 9 xalı olan çempionatın debütantı “Sabah” klubu ikinci, bir oyun az keçirən “Qarabağ” klubu isə 7 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (4), “Sumqayıt” (4), “Səbail” (4), “Zirə” (2), “Keşlə” (1) qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]