Bu il 250-dək yeni dövlət standartı qəbul edilib
Bakı, 10 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 249 yeni dövlət standartı qəbul edib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
On bir ayda qida texnologiyası və kənd təsərrüfatı üzrə 48, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 30, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 21, nəqliyyat sahəsi üzrə 9, idarəetmə və keyfiyyət üzrə 20, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 4, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi sahəsi üzrə 60, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə 6, kimya texnologiyası sahəsi üzrə 3, qablaşdırma, kağız, karton sahəsi üzrə 3, səhiyyə və tibb sahəsində 1 dövlət standartı qəbul edilib.
Eyni zamanda, hesabat dövründə 84 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 62 dövlət standartı ləğv edilib, sahibkarların sifarişi əsasında 124 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]