Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il ən azı 1000 kilometr yeni yol salınacaq

Azərbaycanın yol infrastrukturu keyfiyyətinə görə dünyada 34-cü yerdədir

Bakı, 5 fevral, AZƏRTAC

Son illər Azərbaycanda sosial infrastrukturun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədə avtomobil yollarının müasirləşdirilməsi sahəsinə görülən işlər də bu baxımdan diqqəti cəlb edir. Yolların müasir tələblərə uyğun yenidən qurulması isə sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, ölkənin turizm potensialından səmərəli istifadəni sürətləndirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 15 ildə Azərbaycanda 15 min kilometr avtomobil yolu çəkilib. Məhz bunun məntiqi nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyətinə görə ölkəmiz dünyada 34-cü yerdə qərarlaşıb. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş bir çox ölkəsini geridə qoyur.

Keçən il avtomobil yollarının inkişafı üzrə 54 rayonda, eləcə də Bakı

və Sumqayıtda 90 layihə başa çatıb

Azərbaycanın sosial-iqtisadi inkişafı üçün növbəti uğurlu dövr kimi xarakterizə edilən 2018-ci ildə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə vacib layihələr həyata keçirilib. Belə ki, il ərzində respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatıb. Buraya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi daxildir. Həmin layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2 min kilometrdən çox avtomobil yollarıdır. Yeni yollar isə öz növbəsində sərnişin və yükdaşımanın yaxşılaşmasına, ən əsası isə həmin yerlərdə kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.

Ötən il, həmçinin 33 körpü, 29 yol ötürücüsü və 4 tunel inşa olunub. Həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində ölkə üzrə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ilə nisbətən 448,5 kilometr artırılaraq keçən il 909,5 kilometrə çatdırılıb.

Azərbaycan yük və sərnişindaşınma sahəsində əlverişli tranzit ölkəyə çevrilir

Dünya iqtisadiyyatına sürətli inteqrasiya yolu seçən Azərbaycan tarixi İpək Yolunun bərpasının təşəbbüskarı kimi ötən illərdə bu sahədə böyük nailiyyətlərə imza atıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin nəticəsidir ki, son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumları da yaxından iştirak edir. Bunun nəticəsidir ki, 2018-ci ildə respublikamızda beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı isə, heç şübhəsiz, ötən ilin ən yaddaqalan hadisələrindən biri olub. Yeni yolun istifadəyə verilməsi tranzit yük və sərnişindaşımanın həcmini artırmaqla yanaşı, respublikamızın cənub bölgəsində turizmin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Hazırda bu yolun 170 kilometrlik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər görülür.

Keçən il “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 kilometrlik hissəsinin tikintisinə də başlanılıb. Hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə lazımi tədbirlərin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur. Yeni yolun sözügedən hissəsi boyunca 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi planlaşdırılır. Layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazıntı, svayvurma və digər tikinti işləri qismən görülüb.

Ötən ilin oktyabrında istifadəyə verilən Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhramtəpə hissəsi isə yük və sərnişindaşımanın səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq. Bu yolun açılışı ölkənin yol təsərrüfatının uğurlarından biri kimi diqqət çəkir. Həmin yol bu bölgədə turizm sektorunun və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, nəqliyyat xərclərinin də xeyli azalmasına imkan yaradacaq.

Bu il 50 yol infrastruktur layihəsi icra olunacaq

Cari ildə investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulur. Belə ki, bu il ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bunların sırasında yüzlərlə kənd yolları, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.

Bu il Astaradan İran sərhədinə qədər yeni yol layihəsi icra ediləcək. Belə ki, Astaradan İran sərhədinədək yeni dördzolaqlı yolun tikintisi ilin sonunadək başa çatdırılacaq. Bununla da, yük maşınlarının Astara şəhərinə girmədən, birbaşa sərhədə qədər hərəkəti təmin olunacaq. Cari ildə, həmçinin tikintisi üçün böyük vəsait nəzərdə tutulan Sumqayıt-Rusiya sərhədi yolu da inşa ediləcək. Sahilboyu ilə Rusiya sərhədinə qədər uzanan yeni yol şimal bölgəsində aqrar sahənin və turizmin sürətli inkişafı üçün də əlverişli imkan yaradacaq, həmçinin də Rusiya sərhədinə gedən ikinci yol olacaq.

Bundan başqa, il ərzində şəhərlərarası, şəhərlərdaxili və kənd yolları abadlaşdırılacaq. Eyni zamanda, yol təsərrüfatının ahəngdar işini təmin etmək məqsədilə bu il 270 yeni maşın və mexanizm alınacaq.

Dövlət başçısının insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən avtomobil yollarının tikintisinin davam etdirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar ölkənin iqtisadi inkişafının bir qədər də sürətlənməsinə, xüsusən də bölgələrdə turizmin və kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib