Bu il Formula 1 könüllülük proqramına 49 min nəfər müraciət edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Şəhər Halqasında (BŞH) Formula 1 könüllülük proqramına maraq ildən-ilə artır. Bu il proqrama son 10 ildə ən çox – 49 min nəfər müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müraciət edən hər bir namizəd qurum üçün dəyərlidir: "Lakin müraciətlərin çoxluğu səbəbindən ciddi seçim prosesi aparılıb və ən güclü namizədlər arasından könüllülər seçilib. Formula 1 könüllüləri Bakı Şəhər Halqasının əsas işçi qüvvələrindən biridir. Onlar media, idman əməliyyatları və digər xidmət istiqamətləri üzrə komandamıza dəstək göstərirlər. Könüllülərin hazırlıq mərhələsinə də xüsusi diqqət yetirilir. Onlar intensiv təlim proqramından keçirlər. Əminik ki, könüllülər Formula 1 Azərbaycan Qran-Prisinin son gününə qədər üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər".
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]
Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib
- 26.09.2026 [18:57]