Bu il üçün BTC-nin əsaslı xərcləri 65,9 milyon dollar məbləğində planlaşdırılmışdır
Bakı, 18 may (AZƏRTAC). Birinci rübdə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əsaslı xərcləri 7,3 milyon dollar olmuşdur. Şirkətin kəmərlə bağlı 2011-ci il üzrə əsaslı xərcləri isə 65,9 milyon dollar məbləğində planlaşdırılmışdır. Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 milyon barreldir. BTC nefti ilə yüklənmiş 1500-cü tanker cari il aprelin 17-də Ceyhandan yola salınmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı il iyunun 4-dən bu il mayın 15-dək BTC vasitəsilə nəql edilmiş 159 milyon tona yaxın (təxminən 1 milyard 188 milyon barrel) xam neft Ceyhan limanında 1525 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.
BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barrel xam neft olmuşdur. Kəmər vasitəsilə bu ilin birinci rübündə təqribən 9,2 milyon ton və ya 68,7 milyon barrel neft ixrac olunmuşdur.
Hazırda boru kəməri Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun neftini və “Şahdəniz” kondensatını nəql edir. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.
Xatırladaq ki, BTC-nin səhmdarları bp (30,1 faiz), AzBTC (25 faiz), “Şevron” (8,90 faiz), “Statoyl” (8,71 faiz), TPAO (6,53 faiz),
ENİ (5 faiz), “Total” (5 faiz), “İtoçu” (3,40 faiz), İNPEKS (2,50 faiz)
“KonokoFillips” (2,50 faiz) və “Hess” (2,36 faiz) şirkətləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]