Bu ilin iki ayı ərzində Türkiyə ərazisində on mindən çox zəlzələ qeydə alınıb
İstanbul, 14 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində Türkiyə ərazisində 10 min 800 yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, onların 5108-i yanvar, 5692-i isə fevral ayında baş verib. Ötən ilin eyni dövründə bu rəqəm 3 min 591 təşkil edib.
Bu ilin yanvar ayında qeydə alınmış yeraltı təkanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Bu təbii fəlakətlərdən insan tələfatı ilə nəticələnən və dağıdıcı təsirə malik olan zəlzələ isə bu il yanvarın 24-də Elazığ şəhərində qeydə alınıb. Baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər həlak olub, çox sayda tikiliyə zərər dəyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]