Büdcə şəffaflığının təmin edilməsi müzakirə olunub
Bakı, 11 aprel, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, “Webex” platforması üzərindən həyata keçirilən iclasda işçi qrupunun 2022-ci ildə gördüyü işlər müzakirə edilib. Büdcə şəffaflığının təmin edilməsi, dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması, habelə monetar azadlıq indikatoru üzrə görülmüş işlərlə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub. Qarşılıqlı müzakirə formatında aparılan iclasın yekununda görüş iştirakçılarının sualları cavablandırılıb.