Bundestaqın deputatları Almaniya hökumətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər
Almaniya Bundestaqındakı Solçular fraksiyasının deputatları Katrin Kunert, Volfqanq Gerke, Annette Qroth, Heike Hansel, İnge Höger, Andrej Hunko, Mixael Leutert və Stefan Liebiç AFR Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər.
Sorğuda bu fraksiyanın mövqeyi kimi BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsas götürülərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd edilir, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal atındakı digər ərazilərə geri qayıtmaq hüququ tanınır.
Deputatlar ATƏT-in Minsk qrupunun sözügedən münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə AFR Hökumətinin indiyə qədər verdiyi töhfə və bundan sonra göstərə biləcəyi kömək və s. məsələlərə aydınlıq gətirilməsini istəyiblər. Sorğuda, həmçinin AFR hökumətinin cari ilin avqust ayında təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının danışıqlar prosesinə təsiri barədə mövqeyi soruşulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]