Buzovna qəsəbəsində Qaçaq Nəbi küçəsi təmir olunur VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin Qaçaq Nəbi küçəsində təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, küçənin uzunluğu 520 metr, eni isə ortalama 6 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yol əsasının salınması işləri aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir.