Cansu Bektaş: Azərbaycan xalqı ilə birlikdə olmaq mənim üçün gözəl duyğudur
Bakı, 29 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəvəti ilə Azərbaycana gəlmişik. Bu dəvətə görə Türkiyə idmançıları olaraq minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İrəvanda Avropa çempionatında 3 medal qazanmış Türkiyə idmançısı Cansu Bektaş bildirib.
Ölkəmizi çox sevdiyini qeyd edən türkiyəli idmançı deyib ki, Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir: “Azərbaycan xalqı ilə birlikdə olmaq mənim üçün gözəl duyğudur. Hesab edirəm ki, qardaş ölkənin idmançıları ilə mötəbər yarışlarda bundan sonra da iştirak edərək, yüksək nailiyyətlərə imza atacağıq. Bu dostluq davam edəcək”.
C.Bektaş ağır atletika üzrə Azərbaycan çempionatının çox gərgin keçdiyini və bütün idmançılara uğurlar dilədiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]