Cari ildə Birləşmiş Ştatların sutkalıq neft istehsalı 11,1 milyon barel olacaq

Bakı, 9 iyun, AZƏRTAC
2021-ci il üzrə ABŞ-ın gündəlik xam neft hasilatına dair proqnoz azaldılıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə ölkədə neft istehsalının sutkada 11,1 milyon barel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 11,2 milyon barel idi.
2022-ci ildə isə Birləşmiş Ştatların sutkalıq neft hasilatının 11,8 milyon barel təşkil edəcəyi gözlənilir. Ötənaykı proqnoz da 11,8 milyon barel idi.
Qeyd edək ki, keçən il ABŞ-da gündəlik neft hasilatı 11,2 milyon barel, 2019-cu ildə isə 12,2 milyon barel təşkil etmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.07.2025 [17:47]
Rusiyanın Tula vilayətində ildırım vurması nəticəsində üç nəfər həlak olub
- 14.07.2025 [17:46]
Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb
- 14.07.2025 [17:12]
Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb
- 14.07.2025 [16:42]