“Caucasus International” jurnalının növbəti sayı çapdan çıxıb
Bakı, 3 mart, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ingilisdilli nəşri olan “Caucasus International” jurnalının “İrredentizm, separatizm və kimliyə əsaslanan münaqişələr” adlı növbəti sayı nəşr edilib.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, nəşr həlli uzanan, dondurulmuş, ərazi və milli kimliyə əsaslanan münaqişələrin dinamikasına və Avrasiya məkanında, xüsusilə post-sovet ölkələrində təcavüzkar separatizmin doğurduğu nəticələrə həsr olunub. Jurnalın müəllifləri ölkələrin kimlik və yaddaş siyasətini, etnik azlıqların milli kimlik quruculuğunu, münaqişələrin geosiyasi aspektlərini, ərazi genişlənmələrinə dair təhdidləri, xarici siyasətdə irredentizm amilini, “boz” (işğal olunmuş ərazilərdə) zonalarda qanunsuz iqtisadi fəaliyyəti və həll olunmamış münaqişələr üzrə danışıqlar prosesini təhlil ediblər.
Jurnalda yer almış məqalələri “Caucasus International” jurnalının yeni istifadəyə verilmiş saytında, bu linkdən keçid edərək oxumaq mümkündür. https://cij.az/new-issue.html