CAVAD XANIN MƏZARINI ZİYARƏT
Prezident İlham Əliyev daha sonra Azərbaycanın görkəmli dövlət xadimi, iki yüz il əvvəl çar Rusiyasının işğalçı qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olmuş Gəncə xanı Cavad xanın məzarını ziyarət etdi. Gəncə Regional Elm Mərkəzinin rəhbəri professor Fuad Əliyev həyatını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən qəhrəmanın qılıncının rəmzi surətini Prezidentə hədiyyə etdi və onun tarixi fəaliyyəti barədə danışdı.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan rəhbərinə Cavad xanın xatirəsinə ucaldılacaq məqbərənin layihəsi barədə məlumat verdi.