Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhədəki döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anıdır

Cəbhədəki döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anıdır

Bakı, 2 oktyabr, AZƏRTAC

Bu gün istər dünya, istərsə də ölkə mətbuatında əsas müzakirə mövzularından biri “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarına Azərbaycan Prezidenti İlham Əliyevin intellektual və konkret cavablarının qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsidir. Ermənistan rəhbərliyi faktların saxtalaşdırılmasının heç bir dövlətə dəstək qazandırmadığının bir daha şahidi oldu. Sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini həqiqətlərdən uzaqlaşdırmağa cəhdlər göstərməyə adətkar olan Nikol Paşinyan ənənəsinə uyğun olaraq dəlillərə əsaslanmayan yalan və uydurmalar söyləsə də, artıq bu gedişlərin gərəksizliyinin fərqindədir. Baş verən təxribatlarda Azərbaycanı təqsirləndirən Ermənistanın baş naziri unutdu ki, sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələridir. Bunun nəticəsində mülki əhali və hərbçilərimiz arasında ölən və yaralananlar var. Bu, bir daha Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və bu siyasətin işğalçı dövlətin faşist mahiyyətini bütün dünyaya nümayiş etdirdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, bununla Prezident İlham Əliyev növbəti dəfə dünya miqyaslı lider olduğunu nümayiş etdirdi. Azərbaycan həqiqətlərini əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev dövlətimizin dəyişməz mövqeyini də bəyan etdi - İşğal altında olan torpaqlarımiz azad ediləcək.

“Ermənistan qeyri-konstruktiv mövqeyi, təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesinin davam etdirilməsində maraqlı olmadığını təsdiqləyir”, - söyləyən deputat bildirib ki, rəsmi Bakı ən yüksək tribunalardan imitasiya naminə danışıqlarda iştirak etməyəcəyini bəyan edir. Aparılan sülh danışıqlarının nəticəsi olmalıdır deyən M.Həsənov vurğulayıb: “Ermənistanın baş naziri qeyd olunan verilişdə diqqəti yayındırmaq üçün şər və böhtana əl atmaqla özünü daha da gülünc vəziyyətə saldı. Gah Azərbaycan Ordusunun cəbhə xəttində qələbələrini inkar etdi, gah münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyündən danışdı, gah da dost, qardaş ölkə Türkiyənin tərəf kimi döyüşlərdə iştirak etdiyini bildirdi. N.Paşinyanın bu sayıqlamalarına cavab olaraq dövlətimizin başçısı İlham Əliyev Türkiyənin Azərbaycana mənəvi dəstək olduğunu, qardaş ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini yüksək dəyərləndirdiyini, Türkiyənin döyüşlərdə iştirak etmədiyini diqqətə çatdırdı. Təbii ki, işğalçı dövlətin belə yalanlar dövriyyəyə buraxmasının məqsəd və məramı vardır. Ən əsası, Türkiyənin münaqişənin həllində vasitəçiliyinin gündəmdə olması işğalçı dövləti narahat etdiyindən belə əsassız fikirlər səsləndirir”.

M.Həsənov vurğulayıb ki, dövlətimizin başçısı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşdəki çıxışında da bildirdi ki, Azərbaycan bu günlərdə ona dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacaq. Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədi. Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu. Biz görürük ki, kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər sözünün arxasında durmur. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir.

“Prezident İlham Əliyev bu fikirləri ilə dünyanın siyasi mənzərəsini diqqətə çatdırmaqla yanaşı, işğalçı dövlətin ədalətin, haqqın yanında olan dövlətlərə şər və böhtan atmasının gərəksizliyini də ortaya qoyur, - deyən deputat onu da əlavə edib ki, bu gün müxtəlif təşkilatlar, dövlətlərin rəhbərləri məsələ ilə maraqlanır, döyüşlərin dayandırılmasını istəyir, məsələnin sülh danışıqları ilə həllinin vacibliyindən bəhs edirlər. Azərbaycan 30 ildir sülh siyasətinə üstünlük verir, daim beynəlxalq təşkilatların tribunasından bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilsin, bu prinsiplərin icrası üçün vahid mexanizm müəyyənləşdirilsin. Otuz il susan dünyanın bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə aldığını, onun Azərbaycan əsgəri qarşısında duruş gətirmədiyini görüb ayağa qalxaraq ölkəmizə dəstək göstərməsi və döyüşlərin dayandırılmasına çağırışlar etməsi onların siyasətinin əsas mahiyyətini ortaya qoyur. Məhz dövlətimizin başçısı İlham Əliyev Ermənistanın bu dəstəklərdən ərköyünləşməsinin nəticəsi olaraq ortaya atdığı yalan məlumatları həqiqətlər əsasında alt-üst etdi.

M.Həsənov qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan Prezidentinin qarşısında belə rəzil duruma düşməsi ilk dəfə deyil. Dövlətimizin başçısı ilə debatlara çıxarkən Ermənistanın baş naziri hər zaman tarix və siyasət dərsi alıb. Növbəti dərs Paşinyanı ciddi düşündürməlidir. Təkcə 2020-ci ilin ötən dövründə dünyanın COVID-19-la mübarizə apardığı bir zamanda Ermənistanın təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək, yeni ərazilərin işğalı ilə bağlı planlar hazırladığını, müharibəyə hazırlaşdığını görərik ki, bunu da dövlətimizin başçısı İlham Əliyev BMT tribunasından bəyan etmişdir. Bunu “görməyən” yalnız bəzi dövlətlər, təşkilatlardır ki, onlar diplomatik mübarizədə məğlub olan Ermənistanın hazırda döyüş meydanındakı məğlubiyyətindən də narahatlıq keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev bir daha bəyan edir ki, bizim bir şərtimiz var: “Erməni işğalçıları qeyd-şərtsiz, tam və dərhal bizim torpaqlarımızdan çıxmalıdırlar. Əgər bu şərtə Ermənistan hökuməti əməl edərsə döyüşlər dayanacaq, qan tökülməyəcək. Biz məsələnin həllini istəyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib