Cəbrayıl rayonunun Çərəkən kəndi FOTO
Bakı, 16 may, AZƏRTAC
Cəbrayıl rayonunun Çərəkən kəndi eyni adlı inzibati ərazi dairəsində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çərəkən kəndinin görüntülərini təqdim edir.