Cəlilabad rayon sakininin yaşadığı evdən narkotik vasitələr və silah-sursat götürülüb
Bakı, 31 mart, AZƏRTAC
Cəlilabad rayon sakini Z.Ağayev saxlanılıb, ondan və yaşadığı evdən narkotik vasitələr və silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini Z.Ağayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq tiryək aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Cəlilabad şəhərində yaşadığı evin həyətinə baxış zamanı əlavə 2 kiloqram 90 qrama yaxın heroin, "VZOR-70 CAL766" markalı tapança və 16 ədəd patron götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]