Azərbaycan Dövlət İnformasiya Agentliyi

“CƏMİYYƏTİN DEMOKRATİKLƏŞMƏSİ PROSESİNDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ ROLU” MÖVZUSUNDA REGİONAL SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda regional seminar-müşavirələr keçirilir.

AZƏRTAC xəbər verir ki, avqustun 31-də Sabirabadda təşkil edilən seminar-müşavirədə ətraf bölgələrin - İmişli, Saatlı, Salyan, Neftçala, Hacıqabul rayonlarının və Əli Bayramlı şəhərinin icra hakimiyyəti, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Seminar-müşavirəni Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı Heydər Abbasov açmışdır.

Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimovun mövzu ilə bağlı geniş məruzəsi dinlənilmişdir.

Ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı demokratik islahatların həyata keçirilməsinin əsasını qoyduğunu bildirən natiq, Əsas Qanunda birinci dəfə olaraq yerli özünüidarəetmə orqanının - bələdiyyə təsisatının da yaradılmasının təsbit edildiyini vurğulamışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndərimizin vaxtilə dediyi - “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq, bu, həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir” sözlərini xatırladan məruzəçi qeyd etmişdir ki, ümummilli liderimizin bu fikirləri artıq real həyatda öz təsdiqini tapmışdır. Belə ki, bələdiyyə sistemi cəmiyyətimizin tərkib hissəsinə çevrilmişdir.

Avropa Şurasının “Yerli özünüidarə haqqında Xartiyası”nda (1985-ci il) və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda əks olunduğu kimi, müəyyən ərazi vahidinin hüdudları daxilində özünüidarəni, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etmək hüququnu həyata keçirən, seçkilər əsasında yaradılan bələdiyyələr, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini öz üzərinə götürərək yerinə yetirən qeyri-dövlət sistemi kimi həm də xalqla dövlət arasında münasibətlərin tənzimlənilməsində mühüm rol oynayır. Cəmiyyətin bütün təbəqələrinin demokratik, hüquqi dövlət quruculuğu prosesində iştirakına geniş imkanlar açır.

Məruzəçi Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərlə bağlı 2005-ci il mayın 11-də və oktyabrın 25-də imzaladığı sərəncamlarda ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, qanunvericiliyin tələblərinə uyğun demokratik, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrin icrası baxımından yerli icra, bələdiyyə, məhkəmə, hüquq mühafizə orqanlarının vəzifələrindən də ətraflı bəhs etmişdir. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilən həmin sərəncamların əsas mahiyyətinin bu il oktyabrın 6-a təyin edilmiş ilk dəfə, təkrar, əlavə və yeni keçiriləcək seçkilərə də tam şamil olunduğunu bildirən Ramiq Həşimov demişdir ki, həmin gün 82 seçki dairəsi üzrə 603 bələdiyyəyə 1931 üzv seçilməlidir. Qanunla müəyyən edilmiş bu yerlər uğrunda mübarizəyə 4600-dən çox namizədin qoşulması da bələdiyyə təsisatına, bu idarəetmə sisteminə cəmiyyətdə marağın və inamın getdikcə artmasının ifadəsidir. Müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin “bələdiyyələrin ölkədə başlanmış demokratik cəmiyyət quruculuğu prosesində önəmli rolu olacaqdır” fikrini xatırladan məruzəçi demişdir ki, ötən müddətdə bələdiyyələr respublikada gedən nəhəng quruculuq, sosial-iqtisadi inkişafın fəal iştirakçılarından birinə çevrilmişdir.

O, yerli özünüidarəetmə orqanlarının təşkilatlanması sahəsində görülən işlərdən də danışaraq bildirmişdir ki, bu il iyunun 6-da Bakıda respublikanın bütün şəhər və rayonlarını əhatə edən 72 bələdiyyə sədrinin iştirakı ilə keçirilən təşkilati iclasda ölkəmizdə ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məqsədi ilə işçi qrupları təşkil edilmişdir. Onlar milli assosiasiyaların nizamnamə layihələrini hazırlayaraq, təsis toplantılarına nümayəndəlik norması müəyyən edəcəklər. Bu qurumların yaradılması bələdiyyyələrin dövlət təşkilatları və ictimai təşkilatlarla əlaqəsinin möhkəmlənməsinə də səmərəli kömək göstərəcəkdir.

Bildirilmişdir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skard iyunda ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşmüş, “Azərbaycanda yerli hakimiyyətlərin milli assosiasiyalarının quruluşu necə olmalıdır?” mövzusunda dəyirmi masada iştirak etmişdir. Konqres nümayəndələri yaradılmış 3 işçi qrupun fəaliyyətini istiqamətləndirmək, onlara əməli kömək göstərmək üçün Prezidentin İcra Aparatının, Milli Məclisin, Ədliyyə Nazirliyinin hərəsindən bir nəfər də daxil olmaqla, cəmi 6 nəfərdən ibarət əlaqələndirici şəxslərin də olmasını təklif etmişlər. Bu, respublikamızda bələdiyyə təsisatına Avropa Şurasında da marağın artdığını göstərir.

Prezident Aparatının məsul işçisi ötən həftə Şamaxıda keçirilən ilk müşavirədə bələdiyyə üzvləri ilə açıq, işgüzar fikir mübadiləsi aparıldığını, yerlərdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən bəzi hallarda səmərəli istifadə olunmadığını, qanunsuzluqlara yol verildiyini, ünvanlı sosial yardımların müəyyən edilməsində, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsində narazılıqların, anlaşılmazlıqların mövcud olduğunu bildirdi. Keçirilən seminar-müşavirələrin təkcə maarifləndirmə xarakteri deyil, həm də yerlərdə mövcud olan belə nöqsanların, çatışmazlıqların aşkar edilməsi, aradan qaldırılması məqsədi daşıdığını da vurğulamışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “İnsan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolu” mövzusunda çıxışında bələdiyyələrin fəaliyyəti ilə bağlı Ombudsman aparatına daxil olan ərizə və şikayətlərin əsas xarakterik cəhətləri barədə məlumat vermiş, ötən seçkilərdə əldə edilmiş təcrübənin təkmilləşdirilməsi, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həlli vacib məsələləri diqqətə çatdırmış, bələdiyyə seçkiləri ərəfəsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu söyləmişdir. Ombudsman dövlətimizin başçısı İlham Əliyevin son parlament seçkiləri ərəfəsində imzaladığı məlum sərəncamlardan irəli gələn tələblərin yerinə yetirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.

E.Süleymanova insan hüquq və azadlıqlarının təmin olunmasında bələdiyyələrin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirmişdir. İlham Əliyevin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” fikrini xatırladan Ombudsman regionlara tez-tez səfər edən dövlətimizin başçısının vətəndaşların şikayətlərinə çox həssaslıqla yanaşdığını və hər bir vəzifəli şəxsin bundan nəticə çıxarmalı olduğunu vurğulamışdır.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə “Yerli özünüidarənin təşkili: problemlər, vəzifələr” mövzuda məruzəsində bələdiyyələrin fəaliyyəti üçün ölkəmizdə hərtərəfli hüquqi bazanın mövcud olduğunu faktlarla əsaslandırmışdır. Yerlərdə bələdiyyə torpaqlarından heç də həmişə məqsədəuyğun, qanuna müvafiq istifadə edilmədiyini vurğulamış, icra orqanları ilə əlaqələri daha da möhkəmləndirməyin, hüquqi maarifləndirmə işlərini gücləndirməyin vacibliyini söyləmişdir. Məruzəçi son illər beynəlxalq qurumların Azərbaycanda yerli özünüidarə sahəsində əldə edilən uğurları müsbət dəyərləndirdiyini də xatırlatmışdır.

Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov “Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının təmin olunması” mövzusunda çıxışında demişdir ki, artıq seçki prosesi əsas mərhələyə keçmiş, namizədlərin təbliğat və təşviqat kampaniyası başlamışdır. Seçkilərin ədalətli, azad, şəffaf şəraitdə keçirilməsi üçün MSK tərəfindən görülən tədbirlər, dairə, məntəqə seçki komissiyalarının bundan sonrakı fəaliyyətinin əsas istiqamətləri barədə danışan məruzəçi beynəlxalq qurumların bu seçkilərə də maraq göstərdiyini bildirmişdir.

Məruzələrdən sonra müzakirələrdə açıq, işgüzar fikir mübadiləsi aparılmış, qarşıya çıxan və həlli vacib olan məsələlər, mövcud çətinliklər barədə söhbət getmiş, seçkilərin azad, demokratik keçirilməsi üçün ayrı-ayrı rayonlarda görülən işlər haqqında məlumat verilmiş, maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Ramiq Həşimov seminar-müşavirəyə yekun vuraraq bildirmişdir ki, çıxışlarda səslənmiş bütün təklif və tövsiyələr Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində diqqətlə öyrəniləcək, mövcud problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görüləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub