“Cəngi” xalçasının müəllifi: Hər naxış şəhidlərimizin ölməz xatirəsinə yazılmış səssiz şeir kimidir
Bakı, 7 noyabr, AZƏRTAC
“Cəngi” xalçası 44 günlük Vətən müharibəsində canlarını torpağımız uğrunda fəda edən şəhidlərimizə həsr olunub. Bu xalça yalnız sənət əsəri deyil, həm də yaddaşımızın, kədərimizin və qürurumuzun ilmə-ilmə toxunmuş simvoludur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında xalçanın müəllifi, rəssam CHINGIZ deyib. Səkkiz ay ərzində komandası ilə birgə yorulmadan çalışan müəllif xalçanın ərsəyə gəlməsi prosesinin necə uzun, çətin və qürurlu olduğunu vurğulayıb. “Hər ilmə bir nəfəs, hər rəng bir duyğu, hər naxış isə şəhidlərimizin ölməz xatirəsinə yazılmış səssiz şeir kimidir. “Cəngi” qədim döyüş ruhunun, Azərbaycan əsgərinin əyilməz iradəsinin rəmzi kimi bu xalçada öz bədii təcəssümünü tapıb. Bu xalça həm bu günümüzün, həm də gələcək nəsillərin yaddaşında qəhrəmanlarımızın şərəfli adlarını yaşadacaq bir bədii salnamədir”, - deyə CHINGIZ əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]