CƏNUB BÖLGƏSİNDƏ SAYĞAC QURAŞDIRILMASI SÜRƏTLƏNİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu işi bölgədəki yeddi rayonun enerjipaylayıcı şəbəkələrinin fəaliyyətini əlaqələndirən “Masallı Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Lənkəran və Astarada başlanan proses indi Masallı və Cəlilabadda da geniş vüsət almışdır. Lerik, Yardımlı və Biləsuvar rayonlarında isə bu vacib məsələ ilə əlaqədar hazırlıq işləri başa çatmaq üzrədir.
Bölgədə 137 mindən çox abonent vardır. İndiyədək 1400-dən artıq abonent üçün sayğac quraşdırılmışdır. Bunun 439-u Lənkəranın, 517-i Astaranın, 320-i Masallının, 128-i isə Cəlilabadın payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb
- 15.10.2026 [11:44]
AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb
- 15.10.2026 [10:56]