Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cənub Qaz Dəhlizi” və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar

“Cənub Qaz Dəhlizi” və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Tədbirdə iştirak edən dövlətimizin başçısı İlham Əliyev strateji xarakterli və dərin məzmunlu nitq söyləyib. Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırmaqla əldə etdiyi geosiyasi dividentlərin dərin təhlilini verib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə irəli sürülən əməkdaşlıq formatlarının səmərəli aspektləri bir daha vurğulanıb. Bu barədə Məşvərət Şurasında iştirak edən yüksək səviyyəli qonaqlar də fikir bildiriblər. Göstərilən faktlar sübut edir ki, Azərbaycan qlobal miqyasda əsas enerji təchizatçılarından birinə çevrilməkdədir. Rəsmi Bakı öhdəsinə götürdüyü bütün şərtlərə dəqiq əməl edir. Onun təşkil etdiyi beynəlxalq əməkdaşlıq qrupu da genişlənməkdədir. Deməli, Azərbaycanın həmin istiqamətdə daha böyük uğurlara imza atması üçün bütün imkanlar səfərbər edilib. Bu prizmadan Məşvərət Şurasının toplantısında ifadə olunan bir sıra tezislərin təhlili maraqlı olardı.

“Cənub Qaz Dəhlizi”: əməkdaşlıq qrupu genişlənir

Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici siyasətin təməl prinsiplərini müəyyənləşdirməklə dövlət qarşısında geniş imkanlar açdı. O cümlədən müstəqil Azərbaycanın enerji strategiyası dövrün tələblərinə tam cavab verməklə formalaşdırıldı. İndi Azərbaycan enerji siyasətini səmərəli surətdə inkişaf etdirməkdədir. Bunun son nümunələrindən biri fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi oldu.

Tədbirin bu vaxtda təşkil edilməsinin vacib əhəmiyyəti vardır. Dünyada geosiyasi vəziyyətin nə dərəcədə gərgin olduğu, böyük dövlətlərin bir-birini təhdid etməkdən çəkinmədiyi, müsəlman ölkələrində savaşın mövcudluğu məlumdur. Bəşəriyyət sanki əməkdaşlığa deyil, müharibəyə köklənir. Bundan başqa, Azərbaycan üçün strateji əhəmiyyəti olan prezident seçkiləri gözlənilir. Həmin hadisədən çox narahat olan Ermənistan və ona yardım edənlər Azərbaycan barədə böhtan, iftira dolu informasiyalar yaymağa çalışırlar.

Bütün bunların Cənubi Qafqazda geosiyasi vəziyyəti həssaslaşdırdığı sirr deyil. O cümlədən ekspertlər üçün Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti olduqca böyük maraq kəsb edir. Bakıda keçirilən Məşvərət Şurası göstərdi ki, ölkə rəhbərliyinin yeritdiyi enerji siyasətinə, milli təhlükəsizliyi təmin etmək xəttinə və regional əməkdaşlıq istiqamətində atdığı addımlara böyük etibar və inam var.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına bir neçə ölkədən yüksək səviyyəli nümayəndələr təşrif buyurublar. Onlar Avropa İttifaqını, Gürcüstanı, Türkiyəni, Yunanıstanı, Bolqarıstanı, Albaniyanı və İtaliyanı təmsil ediblər. Aİ-ni Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edib. Bundan başqa, tədbirə Rumıniya və Türkmənistan müşahidəçi qismində qatılıb. Onu da xatırladaq ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə bağlı Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalayıb.

Bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə formalaşmış beynəlxalq əməkdaşlıq qrupu genişlənir, inkişaf edir. İndiki mürəkkəb geosiyasi dönəmdə tərəfdaşlar nəinki Azərbaycandan uzaqlaşmır, hətta onunla birlikdə beynəlxalq layihələrdə iştirak etmək istəyənlərin sayı artır. Bu o deməkdir ki, aparılan uğurlu xarici siyasət və enerji strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqazda bir cazibə mərkəzinə, regional əməkdaşlığın stimullaşdırıldığı məkana çevrilib.

Onun irəli sürdüyü təşəbbüslər maraqla qarşılanır və əməkdaşlıq etmək niyyətində olanların sayı getdikcə artır. Artıq “Cənub Qaz Dəhlizi” layihəsi ətrafında güclü tərəfdaşlıq mühiti hökm sürür və iştirakçılar bu işi başa çatdırmaqda qərarlıdırlar. Bunu təsdiq edən konkret faktlardan biri də Avropa İnvestisiya Bankının həmin layihəyə külli miqdarda maliyyə ayırmasıdır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bu barədə Məşvərət Şurasındakı çıxışı zamanı məlumat verib.

Tədbirdə geniş nitq söyləyən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” ilə bağlı yaradılmış beynəlxalq əməkdaşlıq qrupunun perspektivlərindən bəhs edib. Keçən müddət ərzində Azərbaycanın iqtisadiyyat və enerji sahəsində əldə etdiyi böyük nailiyyətlərin dərin analizini verib (bax: Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib / AZƏRTAC, 15 fevral 2018).

Azərbaycan qlobal enerji təchizatçısı kimi: 1994-cü ildən başlanan yol

Dövlətimizin başçısı nitqində ekspertlər üçün böyük maraq kəsb edən bir neçə tezis irəli sürüb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçıları sırasına daxil olur. Ölkəmiz güclü əməkdaşlıq formatı yaradıb və qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı təchizatçısı olacaq (bax: əvvəlki mənbəyə). Bunlar çox mühüm tezislərdir. Faktiki olaraq ölkə rəhbəri lakonik formada müstəqil dövlətin yaxın perspektivdə dünyanın inkişaf etmiş kəsiminə inteqrasiyasının real əsaslarını ortaya qoyub.

İlk növbədə, Azərbaycan “Cənub Qaz Dəhlizi” çərçivəsində uğurlu əməkdaşlıq formatı yaradıb. Bu məqam İlham Əliyevin regional miqyasda çox səmərə verən üçtərəfli əməkdaşlıq formatının daha geniş miqyasda inkişafı deməkdir. Xatırladaq ki, bu əməkdaşlıq formatı Türkiyə, İran, Rusiya, Türkmənistan və Gürcüstanı əhatə edən sanballı və düşünülmüş modeldir. Təcrübə bu modelin tam səmərəli olduğunu sübut edib. Həmin formatın məntiqi daxilində Azərbaycan, İran, Türkiyə və Rusiya arasında perspektivli və hərtərəfli əməkdaşlıq dinamik inkişaf edir. Bu bağlılıqda “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin işə salınması tarixi olaydır. İran Prezidentinin cari ilin mart ayında Azərbaycana səfəri zamanı “Astara-Astara” dəmiryolunun açılış mərasimi olmalıdır ki, bu da yuxarıda irəli sürülən tezisin praktiki məzmun kəsb etdiyini göstərir.

Deməli, “Cənub Qaz Dəhlizi” ilə bağlı yaradılmış əməkdaşlıq qrupuna İran da daxil ola bilər. Tehran öz qazını artıq Şərqdən Qərbə, məkanları birləşdirən Azərbaycanın energetik infrastrukturundan istifadə etməklə Avropaya çatdıra bilər.

Vurğulanan məqamlar Prezident İlham Əliyevin nitqində ifadə etdiyi aşağıdakı fikrində tam haqlı olduğunu göstərir: “Biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq” (bax: əvvəlki mənbəyə). Təsadüfi deyil ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının dördüncü toplantısını Azərbaycanla yanaşı, Avropa Komissiyası da təşkil edib. Bu o deməkdir ki, layihə həm də Avropa İttifaqının rəsmi maraq dairəsindədir. Təşkilat buna kifayət qədər vəsait ayırır.

Ancaq bu nailiyyəti Azərbaycan asan qazanmayıb. O, bu istiqamətdə sistemli və davamlı işlər həyata keçirib. Prezident İlham Əliyev bununla bağlı ifadə etdiyi fikirlərdə vurğulayıb: “Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması üçün güclü bünövrə yaradıb” (bax: əvvəlki mənbəyə).

Ölkə rəhbəri ardıcıl surətdə prosesin inkişaf xronologiyasını verib. İlham Əliyev ifadə edib ki, bu istiqamətdə dönüş nöqtəsi 1994-cü il idi. 1997-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlıq haqqında razılıq əldə etdilər. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü. Bu, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi idi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. 2012-ci ildə İstanbulda Trans-Anadolu - TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzalandı. TANAP “Cənub Qaz Dəhlizi”nin fundamental elementlərindən biridir (bax: əvvəlki mənbəyə). 2017-ci ildə isə “Cənub Qaz Dəhlizi”nin dörd elementinin hamısı ilə bağlı ciddi irəliləyişə nail olunub.

Nəhayət, dövlətimizin başçısının diqqət yetirdiyi çox mühüm geosiyasi xarakterli məsələ ondan ibarətdir ki, ““Cənub Qaz Dəhlizi”nin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq” (bax: əvvəlki mənbəyə).

Vurğulanan məqamlar aydın göstərir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə geosiyasi faktorları çox rasional surətdə sintez edə bilib. Həm etibarlı tərəfdaşlar əldə edib, həm də geniş bir məkanda geosiyasi və enerji təhlükəsizliyinin əsas tərkib hissələrindən biri halına gəlib. Ölkənin malik olduğu enerji ehtiyatları onu göstərir ki, yaxın onilliklərdə Azərbaycanın qeyd olunan sahələr üzrə statusu qlobal miqyasda daha da artacaq. Cənubi Qafqaz dövlətləri içərisində bu cür uğurlar əldə edən ikincisi yoxdur!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır