Cənubi Koreya, Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirib
Pekin, 2 aprel, AZƏRTAC
Şimali Koreyanın aprelin 2-də keçirdiyi ortamənzilli ballistik raket sınağından bir neçə saat sonra Cənubi Koreya, Yaponiya və ABŞ birgə hərbi hava təlimləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Cecu adası yaxınlığında keçirilən təlimlərə “B-52” bombardmançı təyyarələri də daxil olmaqla, hər 3 ölkənin hərbi hava qüvvələrinin müxtəlif növ təyyarələrinin cəlb edildiyini açıqlayıb. Nazirliyin məlumatında deyilir ki, üçtərəfli təlimlər Şimali Koreyanın artan nüvə-raket təhdidlərinin qarşısını almaq və reaksiya potensialını gücləndirmək məqsədi daşıyır.
Bu, Cənubi Koreya, Yaponiya və ABŞ-ın cari ildə ilk birgə təlimidir.
Qeyd edək ki, aprelin 2-də səhər saatlarında Şimali Koreya şərq istiqamətində ballistik raket buraxıb. Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı Pxenyan yaxınlığından buraxılan raketin təxminən 600 kilometr məsafə qət edərək dənizə düşdüyünü qeyd edib. Bu, Şimali Koreyanın martda yeni ortamənzilli hipersəs raketi üçün bərk yanacaq mühərrikinin sınağından sonra baş verib. Mütəxəssislərin fikrincə, bu cür raketlər ABŞ-ın Sakit okeandakı hərbi mərkəzi Quama çata bilər.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]