Cənubi Koreyada qar səbəbindən uçuşlar təxirə salınıb
Seul, 21 dekabr, AZƏRTAC
Cənubi Koreyanın bir neçə şəhərində qarlı və şaxtalı hava səbəbindən təyyarə uçuşları təxirə salınıb, yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Cənubi Qyonsanq vilayətində 20, Cənubi Çunqçenq vilayətində isə 3, Cənubi Colla vilayətində isə bir yerli əhəmiyyətli yolda hərəkət dayandırılıb. Cecu, Qimpo, Pohanq və Voncu hava limanlarında bir neçə uçuş təxirə salınıb, bərələrin hərəkəti dayandırılıb.
Şaxtalı hava şəraitinin daha çox Çunqçenq, Colla vilayətlərində və Cecu adasında çətinliklər yaradacağı güman olunur. Həmin bölgələrdə qarın hündürlüyünün 25 santimetrə, dağlıq ərazilərdə isə 50 santimetrə, paytaxt Seulda isə 15 santimetrə çatacağı proqnozlaşdırılıb. Paytaxt Seulda və ətrafında da şaxtalı hava hökm sürür. Əhaliyə yolların, piyada keçidlərinin buz bağlaması barədə xəbərdarlıq edilib.
Cənubi Koreya Meteorologiya Administrasiyası dekabrın 21-də səhər erkən saatlarda başlayan qarlı hava şəraitinin dekabrın 24-dək davam edəcəyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 13 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]