Cənubi Koreyada yeniyetmələrin sosial mediadan istifadəsi qadağan oluna bilər
Pekin, 16 dekabr, AZƏRTAC
Cənubi Koreyanın Media Kommunikasiya Komissiyasının (KMKK) rəhbəri vəzifəsinə namizəd Kim Conq Çol yeniyetmələri zərərli kontentdən qorumaq üçün onların sosial mediadan istifadəsinin qadağan oluna biləcəyini düşünür.
AZƏRTAC xəbər verir ki, Prezident Li Cemyön tərəfindən namizədliyi irəli sürülmüş Kim Conq Çol bu bəyanatı parlament dinləməsində açıqlayıb. O, deputatların Avstraliyada tətbiq olunan oxşar qadağanın Cənubi Koreyada da mümkünlüyü barədə sualını cavablandırarkən deyib ki, bu, tamamilə lazımlıdır.
Bununla belə KMKK açıqlama yayaraq bildirib ki, Kim Conq Çolun fikirləri komissiyanın 16 yaşdan aşağı yeniyetmələrin sosial mediadan istifadəsini qadağan etməsini nəzərdə tutmur.
“Bu o deməkdir ki, biz valideynlərin və ya qanuni qəyyumların razılıq tələblərinin sərtləşdirilməsi də daxil olmaqla bir sıra siyasi alternativləri araşdıracağıq”, - deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, bu yaxınlarda Avstraliya hökuməti yaşı 16-dan aşağı olanların “Instagram”, “X” və “TikTok” da daxil olmaqla sosial mediadan istifadəsinə qadağa qoyub. Hökumət sosial medianın uşaq və yeniyetmələrə mənfi təsirlərini, habelə onların kiber zorakılığa, onlayn fırıldaqçılığa və digər zərərli məzmuna məruz qalması narahatlığını əsas götürərək belə qərar qəbul etdiyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]