Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazın təhlükəsizliyi: Azərbaycanın ''sülhə məcburetmə'' formulu kontekstində

Cənubi Qafqazın təhlükəsizliyi: Azərbaycanın ''sülhə məcburetmə'' formulu kontekstində

Bakı, 7 iyun, AZƏRTAC

Newtimes.az saytı qlobal təhlükəsizlik kontekstində regional təhlükəsizlik sisteminin formalaşmasında ''sülhə məcburetmə'' prinsipinin Azərbaycan formulunun əhəmiyyətindən bəhs edən analitik məqalə yayıb. AZƏRTAC məqaləni təqdim edir.

Müasir mərhələdə qlobal təhlükəsizlik bəşəriyyət üçün əhəmiyyətli bir faktora çevrilib. Geosiyasi nəzəriyyələrdə xüsusi yer verilən bu məsələ ciddi analiz edilir. Hətta onun real olaraq həll ediləcəyinə ümidlər çox azdır. Çünki dünyanın müxtəlif regionlarında elə təhlükəli proseslər vüsət alıb ki, onların qarşısının alınması mexanizmləri səmərə vermir. Bunun fonunda fərqli tənzimləmə üsulları irəli sürülür. Həmin prosesdə beynəlxalq təşkilatların və milli dövlətlərin rolu haqqında maraqlı fikirlər ifadə edilir. Əsas çətinlik isə bu kimi yeni ideyaların zəif şəkildə tətbiq edilməsindədir. Ancaq region miqyasında həm nəzəri olaraq müasir dövrün tələblərinə uyğun gələn, həm də praktiki tətbiqi tamamilə dinc üsullara söykənən modellər təklif edilir. Cənubi Qafqaz üçün bu keyfiyyətdə Azərbaycanın ''sülhə məcburetmə'' formulu diqqəti çəkir. Bizcə, bu model yeni məzmun çalarlarına malikdir, dinc üsulları nəzərdə tutur və Azərbaycan ranqda olan ölkələr üçün ''ağıllı güc'' anlayışına konkret məzmun verə bilir. Onun tətbiqi nəinki regional, həm də qlobal təhlükəsizlik üçün də ciddi töhfələr verə bilər.

Qlobal geosiyasi nizam: ''təhlükə'' və ''təhdid'' anlayışları aspektində

Hazırda bütün dünya ölkələri üçün təhlükəsizlik aktual problemdir. Elə bir dövlət yoxdur ki, tamamilə təhlükəsizliyinə təminat olsun. Bunun bir tərəfi beynəlxalq miqyasda terrorun güclənməsinə bağlıdırsa, digər tərəfi beynəlxalq münasibətlər sistemində müşahidə edilən ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə əlaqəlidir. Xüsusilə böyük dövlətlər arasında gərginliyin daha da artması bütövlükdə dünya sistemini yeni təhlükələrlə üz-üzə qoyur.

Sirr deyil ki, artıq terror dünyanın istənilən ölkəsini vura bilir. Radikal qrupların həm sayı artıb, həm də onların arxasında duran qüvvələrin dairəsi genişlənib. İndi daha çox ''müsəlman terroru'' (?!) ifadəsi işlədilir. Lakin bunun birbaşa müsəlmanlara aid olmadığı da məlumdur. Terror təşkilatları müasir mərhələdə, əsasən, konkret dövlətlərin gizli servisləri tərəfindən idarə edilir. Buraya, ilk növbədə, dünyanın böyük dövlətləri daxildir. Bu səbəbdəndir ki, Uzaq Şərqdən tutmuş Yaxın Şərq və Qərbə qədər geniş bir məkanda terrorla narkotik vasitələrin qanunsuz dövriyyəsi bir-biri ilə sıx şəkildə bağlıdır. ''Əl-Qaidə'', İŞİD, ASALA, ''Boko Haram'' və başqa terror qruplarının arxasında din deyil, dövlətlər dayanırlar. Buna görə də belə təşkilatlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir.

Onlarla mübarizə dolayısı ilə arxalarında duran dairələrlə savaş deməkdir. Bu aspektdə vəziyyət o qədər mürəkkəb və qeyri-müəyyəndir ki, problemi hazırda mövcud olan beynəlxalq təhlükəsizlik prinsipləri vasitəsilə həll etmək haradasa imkansız hala gəlib. Şübhə yoxdur ki, beynəlxalq təhlükəsizlik sisteminin ənənəvi problemləri ilə birgə terrorla mübarizənin vahid standartlar çərçivəsində aparılmaması bütövlükdə milli və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Bu kontekstdə müasir dünya üçün, ümumən, ''təhlükə'' anlayışının nəyi ifadə etdiyini izah etməyə ehtiyac vardır.

Elmi ədəbiyyatda təhlükəsizliyə iki yanaşma mövcuddur. Birinci yanaşmada təhlükəsizlik sisteminin özünütənzimləmə forması kimi başa düşülür. İkincisi təhlükəsizliyin subyektin fəaliyyəti ilə əlaqəli dərk edilməsini nəzərdə tutur (bax: Баранов Н.А. Международная безопасность и механизмы ее обеспечения // Лекции по курсу "Основы международной безопасности" / ''nicbar.ru'').

Özünütənzimləmə müxtəlif mənfi təsirlər şəraitində dünya sisteminin dayanıqlılığını təmin edir. Sistem daxilində onu dayanıqlılıqdan çıxarmağa yönəlmiş hər bir prosesə qarşı əks fəaliyyətlər olur ki, sonucda mənfi təsir minimuma enir və beynəlxalq sistem əvvəlki sabitliyini saxlayır. Bunun başqa forması isə sistem daxilində baş verən mənfi və müsbət tendensiyaların yekunda stabil vəziyyət yaratması ilə bağlıdır. Hər iki halda beynəlxalq sistemin öz təbiətindən qaynaqlana bilən və mövcud sabitliyi poza bilən faktorların mövcudluğu qəbul edilir, lakin onlar son nəticədə dünyanın sabitliyini poza bilmir.

Enerji, ehtiyatlar və ekologiya: ''sülhə məcburetmə'' formulu fonunda

Mütəxəssislər bütün bu faktorları beynəlxalq sistemin müəyyən xassəsi kimi xarakterizə edirlər. Burada hansısa süni təsir minimum səviyyədədir. Lakin müasir mərhələdə bundan xeyli fərqli mənzərə müşahidə edilir. Konkret deyilsə, beynəlxalq təhlükəsizlik sistemi müəyyən maraq, dəyər və fəaliyyətlərdən daha çox asılı vəziyyətə gəlib. Bununla ''təhlükə'' və ''təhdid'' anlayışları yeni məzmun çalarları almış olurlar. Beynəlxalq sistemin mövcudluğu da, uyğun olaraq, təbii faktorlar ilə insan (yaxud kollektiv, dövlət, dövlətlər birliyi və s.) fəaliyyətinin qarşılıqlı əlaqəsi kontekstində nəzərdən keçirilməlidir. Həmin müstəvidə Cənubi Qafqaz regionunun qlobal təhlükəsizlik aspektində geosiyasi özəlliklərinin analizi aktuallıq kəsb edir.

Burada əsas məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il fevralın 3-də Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə aid beynəlxalq konfransda irəli sürdüyü tezislərdə ifadə olunub (bax: Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının ''Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri'' mövzusunda müzakirələrində iştirak etmişdir / AZƏRTAC, 4 fevral 2012).

Dövlət başçısı konfrans çərçivəsində keçirilən və yeni təhlükəsizlik parametrlərinə həsr olunmuş müzakirələrdə iştirak edib. Yeni qlobal təhlükəsizlik parametrləri kimi enerji, ehtiyatlar və ətraf mühit nəzərdə tutulur. Qlobal təhlükəsizliyin digər elementlərini də diqqətə alsaq, ölkə rəhbəri İlham Əliyevin aşağıdakı tezisinin bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin mərkəzi prinsipi kimi qəbul edilməli olduğunu söyləyə bilərik. Dövlət başçısı çıxışında həmin fikri belə ifadə edib: ''Enerji təhlükəsizliyi indi dünyada milli təhlükəsizlik məsələsinə çevrilib'' (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Cənubi Qafqazın təhlükəsizliyinə qlobal təhlükəsizlik sistemi prizmasından nəzər salsaq, digər parametrlərlə yanaşı, enerji faktoruna da çox ciddi diqqət yetirməliyik. Məhz bu məsələdə enerji məsələsi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilir. Buraya ekologiyanı, ehtiyatları, silahsızlaşma məsələsini, münaqişələrin həllini də əlavə etdikdə, bütövlükdə təhlükəsizlik sisteminin əsas elementlərinin kompleksi yaranır. Bu faktorları ''təhlükə'' və ''təhdid'' qruplarına ayırdıqda, maraqlı mənzərə alınır.

Burada ''təhlükə'' olaraq Ermənistanın region sularını nüvə tullantıları ilə çirkləndirməsini, onun daim silahlanmasını, ''Metsamor'' AES-dən istifadəsini, Azərbaycan ərazilərində hərbi hissələrini saxlamasını göstərmək olar. Həmin faktorlara qarşılıq təhlükəsizliyi təmin edən Azərbaycanın neft-qaz ehtiyatları və ondan dövlətlərin yararlanması, ölkənin enerji ehtiyatlarının yalnız əməkdaşlıq üçün istifadə edilməsi, münaqişənin ədalətli həllinə sadiq qalması amilləri dayanır.

Region üçün ən böyük təhdid isə Ermənistanın təcavüzkar siyasəti, erməni terroru və Dağlıq Qarabağda silahlı qrupların fəaliyyətini davam etdirməsidir.

Bu fikirlər əsasında Cənubi Qafqazın təhlükəsizliyinin qlobal təhlükəsizlik kontekstində əsas məqamlarını müəyyənləşdirə bilərik. Məsələ Cənubi Qafqazın bir geosiyasi sistem olaraq özünütənzimləməyə nail olmasından ibarətdir. Bunun üçün isə yuxarıda vurğuladığımız təhlükə və təhdidlərin mənfi təsirlərini neytrallaşdırıb, regionda sabitliyi təmin edən mexanizmlərin səmərəliliyini artırmaq lazım gəlir. Onların sırasında indiki mərhələdə Ermənistanın sülhə məcbur edilməsi mexanizminin işə salınmasını zəruri hesab edirik. Bu, region üçün yeni bir mexanizmdir. Lakin təcrübə göstərir ki, qlobal təhlükəsizlik kontekstində regionun təhlükəsizliyini təmin etməyin başqa yolu yoxdur.

Həmin üsulun səmərəliliyi aprel müharibəsində açıq hiss edildi. Dərhal rəsmi İrəvan barış yolları axtarmağa başladı. Deməli, bu mexanizmin əsası qoyulub. Bundan sonra əsas təşəbbüs qlobal təhlükəsizlikdə ciddi rol oynayan böyük dövlətlərin təzyiqi faktoru önə çıxmalıdır. Konkret desək, onlar Ermənistanı sülhə məcbur etməlidirlər. Deməli, Azərbaycan region ölkəsi kimi faktiki olaraq təhlükəsizliklə bağlı çoxşaxəli fəaliyyət göstərməklə öz funksiyasını layiqincə yerinə yetirir. Bu zaman enerji faktorundan regional və beynəlxalq əməkdaşlıq üçün sivil üsulla yararlanır. Beləliklə, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan enerji amilindən təhlükə faktoru kimi istifadə etmir.

Həmin kontekstdə rəsmi Bakı İlham Əliyevin yuxarıda gətirdiyimiz tezisinə dəqiq və pozitiv məzmun vermiş olur - enerji təhlükəsizliyi milli təhlükəsizliyin aparıcı elementi olaraq regional əməkdaşlığın istiqamətverici faktoru kimi çıxış edir. Bu, müasir geosiyasi proseslər üçün mühüm məqamdır! Onun nəzəri analizinə ciddi ehtiyac vardır. Çünki geosiyasi təhlükəsizliyi real müstəvidə təmin etmənin dəqiq prinsipi kimi XXI əsrin ruhuna tam uyğundur.

Beləliklə, qlobal təhlükəsizlik kontekstində regional təhlükəsizlik sisteminin formalaşmasında ''sülhə məcburetmə'' prinsipinin Azərbaycan formulunun mühüm bir özəlliyi vardır. Digər analoji modellərdən fərqli olaraq, Azərbaycan aparıcı faktor kimi hərbi gücü deyil, enerji sahəsində real əməkdaşlığı, ekoloji faktoru və ehtiyatlardan qarşı tərəfin təhdidlərini neytrallaşdırmaq üçün istifadə edilməsini daha doğru sayır. Bu, faktiki olaraq, müasir geosiyasətdə ''ağıllı güc'' anlayışına Azərbaycan ranqda olan dövlətlər üçün tam keçərli olan yeni məzmun çalarları vermək deməkdir. Etiraf edək ki, bu məsələ ciddi araşdırmaya ehtiyacı olan başqa mövzudan xəbər verir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib