CEV kuboku: “Azəryol” voleybol komandası “Novara” klubuna qalib gəlib VİDEO
Bakı, 11 fevral, Elşad Qəzvini, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddə bir final mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu qəbul edib.
Almaniyalı Munir Fəttah və slovakiyalı İqor Porvaznikin idarə etdiyi qarşılaşmada “Azəryol” komandası italiyalı rəqibinə 3:1 hesab ilə qalib gəlib. Komandalar arasında cavab görüşü fevralın 23-də İtaliyada olacaq.