Ceyhun Bayramov: Azərbaycanın xaricdəki diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb
Bakı, 27 dekabr, AZƏRTAC
Bu il Azərbaycanın dünya ölkələrində təmsilçiliyinin genişlənməsi baxımından önəmli il olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, cari il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb.
Ceyhun Bayramov, həmçinin bildirib ki, Azərbaycanın İsraildə və Albaniyada yeni səfirlikləri təsis edilib. Bundan əvvəlki ildə qəbul edilmiş qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Vatikanda, Bosniya və Herseqovinada səfirləri təsis edilib. Eyni zamanda, ölkəmizin Afrika qitəsindəki dövlətlərlə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi önəm verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]