Ceyhun Bayramov: İkili standartlar regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Avropa İttifaqının və üzv dövlətlərin etibarlı tərəfdaşıdır, ölkəmizə qarşı ikili standartların tətbiqi və ədalətsiz yanaşmanın sərgilənməsi regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşündə deyib.
Ceyhun Bayramov, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.