CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsində dinləyicilərə narkomanlığa qarşı mübarizə ilə bağlı məlumat verilib
![](/files/galleryphoto/2023/3/1200x630/16971973452109756607_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697197345485147119_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697197345133036800_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697197345294858077_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971973455967941757_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondu və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində azad olunma müddətinin bitməyinə az zaman qalan məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verilib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının işçi qrupunun hazırladığı zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.