ÇANKAYA KÖŞKÜNDƏ RƏSMİ QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev türk əsgərlərini salamladı.
Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.
Sonra Azərbaycan və Türkiyə prezidentləri xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül ilə birgə xatirə şəkli çəkdirdilər.
Dövlət başçıları və xanımları Çankaya köşkündən ətrafı seyr etdilər.
######
![]() |
![]() |
![]() |
![]() |



