Çaylarda sululuqla bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 22 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 22-də çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir.
Müəyyən edilmişdir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 145 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Hazırda çayın Surra məntəqəsində suyun səviyyəsi 319, Şirvanda 177, Salyanda 143, Bankədə 185, Araz çayının Novruzlu məntəqəsində isə 113 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]