Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 14 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 14-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 80-120, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 387, Şirvanda 254, Salyanda 210, Bankədə 215, Araz çayının Novruzlu məntəqəsində isə 160 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]