“Çelsi” səfərdə “Kristal Palas”ı məğlub edərək üçüncü pilləyə yüksəlib
Bakı, 8 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, “Çelsi” klubu səfərdə “Kristal Palası”ın qonağı olub. Görüş London təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Çelsi”nin heyətində Olivye Giru, Kristian Pulişiç, Tommi Abraham, “Kristal Palas”ın isə Vilfred Zaha və Kristian Benteke fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 60-a çatdıran “Çelsi” turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
“Kristal Palas” isə 42 xalla 14-cü yerdə qərarlaşıb.
Turun digər erkən başlayan oyununda “Vatford” öz meydanında “Norviç Siti”dən üstün olub - 2:1.