“Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib
Bakı, 27 may, AZƏRTAC
Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda “Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30-da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.
“Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.
Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]
Çempionlar Liqasında tarixi hesab qeydə alınıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]