Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4
Bakı, 13 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci tur oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurub.
Bununla da “bayquşlar” Liqa mərhələsində ilk tarixi qələbəsini qazanıb.
Komanda ilk matçda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sabah” növbəti turda bu arenada Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq.
21:57
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 49-cu dəqiqəsində Bakı klubunun heyətində Kahim Parris fərqlənib – 1:0.
21:49
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında Bakıda keçirilən oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb – 0:0.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
21:38
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında oyunun ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb – 0:0.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
20:46
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci turun oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.